Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə Qəbələ Elektrik Şəbəkəsində (EŞ) 110/35/10 kV-luq "Qəbələ" yarımstansiyasından çıxan və 35/10 kV-luq "Vəndam" yarımstansiyasını qidalandıran 35 kV-luq "Vəndam-1" və "Vəndam-2" hava xətlərində təmir-bərpa işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 13:00-dan 16:00-dək rayonun Bunud, Girvə, Həzrə, Məmmədağalı, Nohurqışlaq, Seyidqışlaq kəndlərində, Vəndam qəsəbəsində və Rüskan yaşayış massivində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir-bərpa işləri başa çatdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Digər xəbərlər
- Abşeronun bu ərazilərində fasilə olacaq 06 Yanvar 2026
- Suraxanı rayonunun bu ərazilərində fasilə yaranacaq 23 Aprel 2026
- Xəzər rayonunun bu ərazisində fasilə yaranacaq 20 Fevral 2026
- Biləsuvarın bu ərazilərində fasilə yaranacaq 17 Yanvar 2026
- Xəzər rayonunun bu ərazisində fasilə yaranacaq 18 Fevral 2026