"Azərişıq" ASC-nin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş elektroenergetika sahəsində "Gənc Mütəxəssislərin Peşə Ustalığı” yarışları 2-ci günündə Qarabağın daha bir gözəl guşəsi olan Hadrut qəsəbəsində davam edib.
“Hadrut” qovşaq yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzinin Təlim-Məşq Poliqonunda əvvəlcə Cənab Prezident İlham Əliyevin tapşırıqları əsasında “Azərişıq” ASC-nin işğaldan azad olunmuş ərazilərdə gördüyü işlər haqqında qısametrajlı filmi təqdim olunub.
Daha sonra yarışlara start verilib. 13 komanda - “Qız qalası”, “Şirvanşahlar”, “Odlar yurdu”, “Naxçıvan”, “Qarabağ”, “Aran”, “Şimal-qərb”, “Qərb”, “Mərkəzi-Aran”, “Şirvan”, “Xaçmaz”, “Sumqayıt”, “Cənub” 4 tapşırıq üzrə peşə bacarıqlarını əyani şəkildə sınayıblar.
Final mərhələsinə yüksələn "Qarabağ", "Cənub", "Naxçıvan" və "Mərkəzi Aran" komandalarının hər biri verilən iki tapşırığı qısa vaxtda ən doğru şəkildə yerinə yetirməyə çalışıblar.
Günün yekunlarına əsasən "Qarabağ" komandası birinci, "Mərkəzi Aran" ikinci, "Cənub" komandası üçüncü yerə layiq görülüb. Qalib komandalar diplom və kubokla mükafatlandırılıb.
Qeyd edək ki, "Azərişıq" ASC Qarabağ və Şərqi Zəngəzurla yanaşı ölkənin bütün regionlarında maarifləndirici tədbirlər, yarışlar həyata keçirir. Səhmdar Cəmiyyətin əməkdaşlarının peşə bilik və bacarıqlarının artırılması, təhlükəsizlik qaydalarına əməl olunması və insan həyatının mühafizəsi məqsədilə belə tədbirlər gələcəkdə də davam etdiriləcək.
Digər xəbərlər
- Biləcəri ETSİ-nə daxil olan bu ərazilərdə fasilə yaranacaq 02 Fevral 2026
- Suraxanı rayonunun bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq 10 Aprel 2026
- Xırdalanın bu ərazilərində fasilə yaranacaq 18 Mart 2026
- “Azərişıq” ASC cənub regionunda baş vermiş qəzaların aradan qaldırılması üçün fasiləsiz çalışır 20 Yanvar 2026
- Cəlilabadın bu ərazilərində fasilə yaranacaq 03 Aprel 2026