
Novruz Bayramı münasibəti ilə “Azərişıq” ASC-nin bütün əməkdaşlarını səmimi qəlbdən təbrik edir, bahar təravətli bu bayram günündə hər birinizə ən xoş arzularımı çatdırıram.
Əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz insanlar arasında birliyin və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam bir təməl yaratmışdır. Novruz bayramı sağlamlığın, firavanlığın başlanğıcıdır. Novruz başdan-başa ruh yüksəkliyi, əmək coşqunluğu, torpağa, insana məhəbbət bayramıdır.
Qoy bu təravətli Novruz bayrami süfrənizə ruzi, qəlbinizə xoş hisslər bəxş etsin. Sağlamlığınız möhkəm, arzularınız gerçək olsun! Novruz bayramınız mübarək olsun!
Hörmətlə,
B.Rzayev
"Azərişıq" ASC-nin Sədri

Digər xəbərlər
- “Azərişıq” ASC-nin nümayəndələri Xankəndində sahibkarlarla görüş keçirib 06 Fevral 2026
- Xəzər rayonunun bu ərazilərində fasilə yaranacaq 13 Fevral 2026
- Yardımlının bu ərazilərində fasilə yaranacaq 01 Aprel 2026
- Maştağa ETSİ-nə daxil olan bu ərazilərində fasilə yaranacaq 16 Aprel 2026
- Elektrik enerjisi istehlakı üzrə debitor borcların ödənişinin təmin olunması istiqamətində tədbirlər mütəmadi həyata keçirilir 05 Fevral 2026