Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən 35/6 kV-luq “Şağan-1” yarımstansiyasında 148 saylı Komplekt Transformator Məntəqəsindən (KTM) çıxan 6 kV-luq hava xəttində təmir işi aparılacaq. Bununla əlaqədar olaraq 18 noyabr tarixində saat 10:00-dan 16:00-dək Mərdəkan qəsəbəsi 28 may və Cəfər Rəmzi küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri başa çatdıqdan sonra sözügedən küçələr daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Digər xəbərlər
- Mingəçevirin bu ərazilərində fasilə yaranacaq 22 Aprel 2026
- Maştağa ETSİ-nə daxil olan bir sıra ərazilərdə fasilə yaranacaq 11 Mart 2026
- Xəzər rayonunun bu ərazilərində fasilə yaranacaq 19 Fevral 2026
- Maştağa ETSİ-nə daxil olan bu ərazilərdə fasilə yaranacaq 19 Fevral 2026
- Müasir sayğacların tətbiqi elektrik enerjisi üzrə debitor borcların yığımında əhəmiyyətli rol oynayır 07 Aprel 2026