Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə 4 noyabr tarixində Maştağa Enerji Təchizatı və Satışı İdarəsi (ETSİ) ərazisində 35/6 kV-luq 497 saylı yarımstansiyada yenidənqurma və təmir-təftiş işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 14:30-dan 15:30-dək Maştağa qəsəbəsinin bəzi hissələrində, eləcə də Albalılıq adlanan yaşayış ərazisində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. İşlər başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Digər xəbərlər
- Biləsuvar və Cəlilabadın bir sıra ərazilərində fasilə yaranacaq 10 Mart 2026
- Maştağa ETSİ-nə daxil olan bu ərazilərdə fasilə yaranacaq 13 Mart 2026
- Debitor borcların yığılması istiqamətində müasir texnologiyaların tətbiqi 05 May 2026
- Güclü qara baxmayaraq “Azərişıq” ASC Cəlilabadda elektrik enerjisinin bərpasını sürətlə davam etdirir 20 Yanvar 2026
- Elektrik enerjisi istehlakı üzrə debitor borcların ödənişinin təmin olunması istiqamətində həyata keçirilən tədbirlər 04 Mart 2026