Elektrik enerjisinin təchizatının yaxşılaşdırılması məqsədilə Abşeron rayonu Masazır qəsəbəsinin elektrik şəbəkəsində təmir-bərpa işləri həyata keçiriləcək. Görüləcək işlərlə əlaqəli olaraq 11 oktyabr 2025-ci il tarixində saat 10:00-dan 16:00-dək Masazır qəsəbəsində yerləşən İlyas Bayramov, Mübariz İbrahimov, Salatın Əsgərova, Əli Mustafayev, Hakim Abbasov, Murtuza Muxtarov, İstiqlal, Ağaxan Abdullayev küçələri, eləcə də Zəngilan şəhərciyi, “Rahat Nəfəs”, “4 Qardaş” MTK, “PARK Salori”, “AAAGF” MTK, “Viktoriya” MTK və “Məzunlar Evi” yaşayış sahələri üzrə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Təmir işləri başa çatdıqdan sonra qeyd olunan ərazilər daha dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Digər xəbərlər
- Paytaxtın bu ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq 31 May 2026
- Abşeronun bu ərazilərində fasilə olacaq 06 Yanvar 2026
- “Azərişıq” ASC Ağcabədinin bir sıra kəndlərinin elektrik şəbəkəsini yeniləyir 11 Mart 2026
- Yardımlının bu ərazilərində fasilə yaranacaq 01 Aprel 2026
- “AzərEnerji” və “Azərişıq” kollektivləri Ulu Öndərin məzarını ziyarət ediblər 10 May 2026