Lənkəran Elektrik Şəbəkəsinin (EŞ) ərazisində yerləşən 110/35/10 kV-luq "Lənkəran-1" yarımstansiyasından qidalanan 35 kV-luq "Xanbulan" və 110/35/10 kV-luq “Lənkəran-2” yarımstansiyasından qidalanan 10 kV-luq 5 saylı Digah-Şiləvar hava xəttində aparılan təmir işləri ilə əlaqədar yanvarın 22-də elektrik xətləri sifarişə əsasən açılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan saat 13:00-dək rayonun Digah, Şiləvar, Kərgəlan, Şağlaküçə, Qurumba, Rvo, Şovu, Daştatük, Daşdalıqjar, Narbağı, Lüvəsər, Xanbulan, Parakənd, Bürcəli kəndləri, Kürə adlanan ərazidə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Digər xəbərlər
- Xəzər rayonunun bu ərazilərində fasilə yaranacaq 13 May 2026
- Sabunçu rayonunun bu ərazilərində fasilə yaranacaq 31 Mart 2026
- Bakı və Lənkəranın bu ərazilərində fasilə yaranacaq 04 İyun 2026
- Bakı və Cəlilabadın bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq 23 İyun 2026
- Cəlilabadın bu ərazilərində fasilə yaranacaq 03 Aprel 2026