“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin missiyası istehlakçıları fasiləsiz, keyfiyyətli, təhlükəsiz və səmərəli elektrik enerjisi ilə təmin etməkdir.
İstehlakçılarla təchizatçı şəbəkə arasında “Elektroenergetika haqqında” qanunun və “Elektrik Enerjisindən İstifadə Qaydaları”nın tələblərinə əsasən qarşılıqlı münasibətləri tənzimləyən alqı-satqı müqaviləsi bağlanılır. Tərəflər müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə görə məsuliyyət daşıyırlar. Təchizatçı şəbəkə üçün vəzifə öhdəliyindən biri də satılan elektrik enerjisinin dəyərinin yığılmasını təşkil etməkdir. Eyni zamanda istehlakçılar istifadə etdiyi elektrik enerjisinin dəyərini vaxtında və tam ödəməyə görə məsuldur.
Elektrik enerjisinin dəyərini vaxtında və tam ödəmə, cəmiyyətə və mühitə olan məsuliyyətin bir hissəsi kimi qəbul edilə bilər. Bu, enerjidən istifadəni daha məsuliyyətli və davamlı edir. Həmçinin, fasiləsiz elektrik enerjisi ilə təmin edilmənin və xidmət keyfiyyətinin yüksək səviyyədə saxlanılması, eyni zamanda elektrik şəbəkələrində müasir texnologiyaların tətbiqinə şərait yaratmaqla maddi-texniki bazanın müasirləşdirilməsini və uzunmüddətli iqtisadi səmərəliliyə töhfə verir.
Digər xəbərlər
- Nizami və Nəsimi rayonlarının bu ərazilərində fasilə yaranacaq 24 May 2026
- Biləsuvarın bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq 07 Mart 2026
- “Azərişıq” ASC Lerikin ən ucqar dağ kəndlərində elektrik şəbəkəsini yeniləyir 08 İyun 2026
- “Azərişıq” ASC leysan xarakterli yağışların yaratdığı fəsadları aradan qaldırmaq üçün 24 saatlıq gücləndirilmiş iş rejimində çalışır 03 Aprel 2026
- Bakı və Lənkəranın bu ərazilərində fasilə yaranacaq 15 May 2026