20 oktyabr - Energetiklər Günü ilə əlaqədar Energetika Nazirliyi, “AzərEnerji” ASC və “Azərişıq” ASC-nin kollektivi Fəxri xiyabana gələrək Ümummilli Lider, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın və dövlət xadimi Əziz Əliyevin də xatirəsi yad edilib, məzarları üzərinə güllər düzülüb.
Tədbir Şəhidlər xiyabanını ziyarətlə davam edib. Energetiklər Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban verən qəhrəman Vətən övladlarının xatirəsini yad edib və məzarları üzərinə gül dəstələri qoyublar.
Qeyd edək ki, 1981-ci il oktyabrın 20-də Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə Cənubi Qafqazın ilk böyük istilik elektrik stansiyası olan “Azərbaycan” İES-in birinci enerji blokunun istifadəyə verilməsi ilə Azərbaycan energetikasının inkişafında yeni bir mərhələnin əsası qoyulub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2004-cü il 13 oktyabr tarixli 446 saylı Sərəncamı ilə bu tarix ölkəmizdə “Energetiklər Günü” kimi təsis edilib.
Digər xəbərlər
- Xəzər rayonunun bu ərazilərində fasilə yaranacaq 22 Yanvar 2026
- Elektrik enerjisinə qənaət etməyin əhəmiyyəti və bu istiqamətdə görüləcək ümdə tədbirlər 15 Aprel 2026
- KOBİA-nın Ağsuda təşkil etdiyi tədbirdə “Azərişıq” ASC-nin əməkdaşları iştirak edib 22 Yanvar 2026
- Biləcəri ETSİ-nə daxil olan bu ərazilərdə fasilə yaranacaq 02 Mart 2026
- Lənkəranın bu ərazilərində fasilə yaranacaq 06 Mart 2026