“Azərişıq” ASC göstərilən xidmətlərin istehlakçlara əlçatan olması və operativliyin artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirir. Bu xidmətlərdən biri də abonentlərin elektrik təchizatı şəbəkəsinə qoşulmasının təmin edilməsidir. Həmin məqsədin icrasının surətləndirilməsi üçün Cəmiyyətin www.azerishiq.az internet səhifəsində “Elektrik şəbəkəsinə qoşulma” və “Elektron işıq portalı” elektron bölmələri yaradılmışdır. Həmin bölmələrdə, ETŞ-yə qoşulma üçün müraciət etmə qaydaları, müraciətlərin icra mexanizmləri (daxili qaydalar), o cümlədən tələb olunan sənədlərin siyahısı barədə məlumatlar öz əksini tapır.
Cəmiyyət tərəfindən göstərilən xidmətlərin mərhələli şəkildə Elektron Hökümət Portalına inteqrasiyası davam etdirilir, elektron platforma üzərindən “online” qəbul və nəzarət sistemi tətbiq edilir. Belə ki, istehlakçılar “e-gov.az” və ya “e-service.azerishiq.az” saytından onlayn qaydada müraciət etməklə Cəmiyyətin bir çox elektron xidmətlərindən yararlana bilərlər.
Elektrik təchizatı şəbəkəsinə qoşulmanın istehlakçılara daha rahat və əlçatan olması üçün sahibkarlıq subyektlərinin ETŞ –yə (enerji təchizatı şəbəkəsi) elektron şəkildə qoşulması prosedurları üzrə video təlimat hazırlanmış , "Azərişıq ASC-nin rəsmi səhifəsinə yüklənmiş və sosial şəbəkələrdə olan səhifələrində yayımlanmışdır.
Həmçinin, ETŞ-yə qoşulma sahəsində aparılmış islahatlar və həyata keçirilən yeniliklər barədə məlumatlar, sahibkarların iştirakı ilə keçirilən görüşlərdə diqqətlərinə çatdırılır, onları maraqlandıran müvafiq suallar cavablandırılır.
Görüşlər kütləvi informasiya vasitələrində (KİV) ətraflı işıqlandırılır.
ETŞ-yə qoşulma barədə məlumatların, yeniliklərin və digər aidiyyəti mövzuların sahibkarlıq subyektlərinin elektron poçt ünvanlarına göndərilir.
Sahibkarlıq subyektlərinin ETŞ-yə qoşulma statistikası azerishiq.az rəsmi internet saytında yerləşdirilir.
Digər xəbərlər
- Buzovnanın bu ərazilərində fasilə yaranacaq 03 Fevral 2026
- “Azərişıq” ASC yaranmış debitor borcların ödənilməsi ilə bağlı istehlakçıların maarifləndirilməsi tədbirlərini 2026-cı ildə də davam etdirəcəkdir 15 Yanvar 2026
- Maştağa ETSİ-nə daxil olan bu ərazilərdə fasilə yaranacaq 18 Fevral 2026
- Maştağa ETSİ-nə daxil olan bu ərazilərdə fasilə yaranacaq 09 Fevral 2026
- Biləsuvar, Lənkəran və Lerikin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq 16 Fevral 2026