
Elektrik şəbəkəsinə onlayn qoşulma xidmətinin tətbiqi ilə bağlı bu gün “Azərişıq” ASC-də təqdimat olub.
“Azərişıq” ASC sədrinin müşaviri Fərrux Heybətov və “Azərişıq” ASC-nin İKT departamentinin rəhbəri Qalib Həmidov yeniliklərlə bağlı məlumat verib.
Yeniliyə əsasən sahibkar olduğu məkanı tərk etmədən, elektron formada obyektini enerji təchizat şəbəkəsinə qoşa bilər. Abonentin onlayn müraciəti 20 gündən gec olmayaraq reallaşır və obyekti elektrik enerjisi ilə təmin edilir.
Bu sistem digər dövlət qurumları ilə inteqrasiyada olduğundan müraciət edən sahibkar özünə aid məlumatları ümumi bazadan götürə bilər. Reyestr və qeydiyyat nömrələri sistemə daxil edilən kimi dərhal obyektin kordinatları və obyektə ən yaxın Transformator Məntəqəsi avtomatik müəyyənləşir. Bununla da, sahibkar 150 kvt-a qədər tələb olunan gücü müəyyənləşdirərək qoşulma haqqını hesablayır və onlayn qaydada ödəniş edir. Elektron müraciət avtomatik icra olunur və 20 gündən gec olmayaraq sahibkarın obyekti elektrik enerjisi ilə təmin edilir.
Həmçinin Covid-19 pandemiyasının geniş yayıldığı dövrdə “Azərişıq” ASC abonentlərin saglamlığını da düşünərək sahibkarların evdən və ya ofisdən çıxmadan növbəsiz və heç bir təmas olmadan qeyri-yaşayış sahəsinin onlayn qaydada www.azerishiq.az və ya www.e-gov.az saytı üzərindən enerji təchizatı şəbəkəsinə qoşulması üçün müraciətlərini təmin edə bilər.
Bunun üçün video-təlimat da hazırlanıb.
Məqsəd bu sahədə vətəndaşlarmızın maarifləndirilməsi və qoşulmanın daha rahat, əlçatan olmasını təmin etməkdir.
Digər xəbərlər
- “Azərişıq” ASC tərəfindən paytaxt və bölgələrdə elektrik enerjisinin talanması halları aşkarlanıb. 14 İyun 2023
- “Azərişıq” ASC Şuşada beynəlxalq elmi-praktiki konfrans keçirdi. 16 Mart 2023
- "Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov Hacıqabul şəhərində vətəndaşları qəbul edib. 10 Mart 2023
- “Azərişıq” ASC Şamaxıda sahibkarlarla görüş keçirib. 17 İyul 2023
- Hadrutda “Azərişıq” ASC-nin nümayəndə heyəti 2023-cü ilin 6 ayı üzrə görülmüş işlərə dair media nümayəndələri ilə görüş keçirib 25 İyul 2023