Elektrik enerjisi itkilərinin azaldılması enerji səmərəliliyinin artırılması və paylayıcı şəbəkələrdə istismar xərclərinə qənaət edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu məqsədlə görülən tədbirlərə yeni və daha səmərəli transformatorların quraşdırılması, rəqəmsal yarımstansiyaların tikilməsi, güclərin proporsional bölüşdürülməsi, uçot dəstlərinin müasir standartlara uyğun quraşdırılması və s. aid etmək olar. Müasir tipli smart sayğacların quraşdırılması bu sahədə mühüm addımlardan biri hesab olunur. Belə ki, bu sayğacların tətbiqi zamanı sayğac oxuma xətaları azalır və eyni zamanda qanunsuz qoşulmaların və müdaxilələrin aşkarlanması xeyli asanlaşır. Bu da, öz növbəsində istehlak olunan elektrik enerjisinin həcminin daha dəqiq ölçülməsinə imkan yaradır. İstismar müddətini bitirmiş elektrik sayğaclarının yenisi ilə əvəz olunmasında, həmçinin yeni quraşdırılan sayğaclarda smart sayğacların faiz nisbətinin artırılması istiqamətində işlər davam etdirilir.
Eyni zamanda elektrik enerjisi itkilərinin azaldılması istiqamətində görülən tədbirlərdən biri də rəqəmsal şəbəkələr vasitəsilə elektrik təchizatının etibarlılığının, səmərəliliyinin və keyfiyyətinin yaxşılaşdırılması üçün paylayıcı şəbəkənin real zaman rejimində monitorinqi və idarə olunmasına imkan verən qabaqcıl nəzarət-idarəetmə və yüksək sürətli telekommunikasiya texnologiyalarının tətbiqidir. Rəqəmsal şəbəkə texnologiyaları və vasitələri paylayıcı şəbəkələrin optimallaşdırılması işlərini daha da yüksəldilməsi üçün yeni imkanlar yaradır.
Bu məqsədlə, müasir texnologiyaların və innovativ metodların tətbiqi istiqamətində Səhmdar Cəmiyyət tərəfindən işlər davam etdirilir.
Digər xəbərlər
- Elektron xidmətlərin tətbiqi elektrik təchizatı şəbəkəsinə qoşulma sahəsində mühüm addımdır 26 Yanvar 2026
- Paytaxtın bu ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq 21 May 2026
- Bu ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq 13 Yanvar 2026
- Maştağa ETSİ-nə daxil olan bu ərazilərdə fasilə yaranacaq 19 Fevral 2026
- Masallının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq 18 Fevral 2026