İstehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunması Səhmdar Cəmiyyətin əsas hədəflərindən biridir. Bu məqsədlə Səhmdar Cəmiyyət tərəfindən mütəmadi tədbirlər həyata keçirilir.
Alınmış elektrik enerjisinin dəyərinin ödənilməsi, paylayıcı şəbəkənin saxlanılması, istismar xərclərinin, əmək haqlarının vaxtında ödənilməsi məqsədilə, istehlakçılar tərəfindən istifadə etdikləri elektrik enerjisinin dəyərinin vaxtında ödənilməsi vacib əhəmiyyət kəsb edir. Bu istiqamətdə ödəniş zamanı baş verən gecikmələr paylayıcı şəbəkənin işinə ciddi mənfi təsir göstərə bilir.
Bununla əlaqədar olaraq, Səhmdar Cəmiyyətin əməkdaşları tərəfindən mütəmadi olaraq abonentlərin elektrik enerjisindən qənaətlə istifadəsinə, onun dəyərinin vaxtında ödənilməsi üçün təşviqat işləri aparmaqla, maarifləndirici tədbirlər həyata keçirilir. Belə ki, vaxtında ödənilməyən enerjii haqlarının gələcəkdə həm enerjitəchizatı müəssəsinə həmdə abonentlərə mənfi təsirləri olur.
Həmçinin abonentlərə təqdim edilən bildiriş xəbərdarlıqlarda istifadə edilən elektrik enerjisinin dəyərinin ödənilməsi diqqətə çatdırılmaqla, tərəfimizdən bu işlərin müasir tələblərə cavab verən təşkili məqsədilə “Elektroenergetika haqqında” qanunun və “Elektrik Enerjisindən İstifadə Qaydaları”nın tələblərinə əsasən müvafiq tədbirlər görülür.
Yeni müasir sayğaclar vasitəsilə yaranmış debitor borcların ödənilməsi üçün abonentlərə daha rahat imkanlar yaradılaraq vətəndaş məmnunluğu təmin olunmuşdur.
Digər xəbərlər
- “Azərişıq” ASC güclü küləyin yaratdığı fəsadları aradan qaldırmaq üçün fasiləsiz çalışır 27 Fevral 2026
- Abşeronun bu ərazilərində fasilə olacaq 10 Yanvar 2026
- Xəzər rayonunun bu ərazilərində fasilə yaranacaq 22 Yanvar 2026
- Suraxanı rayonunun bu ərazilərində fasilə yaranacaq 19 Mart 2026
- Bu ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq 13 Yanvar 2026