Elektrik enerjisi istehlakçılarından debitor borclarının yığılması istehlak etdikləri elektrik enerjisinə görə ödənişlərin alınması prosesini əhatə edir. Bu proses elektrik enerjisi təchizatçıları üçün pul vəsaitlərinin hərəkətini təmin etmək, əməliyyat xərclərini ödəmək, elektrik enerjisi verilişini davamlılığını və dayanıqlığını təmin etmək üçün vacibdir.
Elektrik enerjisi istehlakçıları aylıq isttifadə etdikləri enerji sərfiyyatına görə müvafiq ödənişlər həyata keçirirlər. İstehlakçılara təqdim olunan məlumatlarda aylıq istehlak edilmiş elektrik enerjisinin miqdarı, tətbiq olunan tariflər, hər hansı əlavə ödənişlər və ödəmə tarixi ətraflı təsvir olunur.
“Azərişıq” ASC ödənişlərin vaxtında həyata keçirilməsi və prossesi asanlaşdırmaq məqsədilə istehlakçılara müxtəlif ödəniş variantları təklif edir. Belə ki, istehlakçılar Cəmiyyətin mobil tətbiqi vasitəsilə onlayn, bank köçürmələri, icazə verilən yerlərdə nağd pulla ödəniş edə bilərlər.
Ödənişlərin son tarixə qədər ödənilmədiyi hallarda, Cəmiyyət tərəfindən istehlakçılara xatırlatma bildirişi və xəbərdarlıq təqdim edilir.
Debitor borclarının yığılması istehlakçıları kəsintisiz və davamlı elektrik enerjisi ilə təchizatının etibarlılığı üçün mühüm əhəmiyyət kəsb edir.
Digər xəbərlər
- Maştağa ETSİ-nə daxil olan bu ərazilərdə fasilə yaranacaq 23 Fevral 2026
- Maştağa ETSİ-nə daxil olan bu ərazilərdə fasilə yaranacaq 18 Fevral 2026
- Maştağa ETSİ-nə daxil olan bu ərazilərdə fasilə yaranacaq 09 Fevral 2026
- Suraxanı rayonunun bu ərazilərində fasilə yaranacaq 17 Mart 2026
- Elektron xidmətlərin tətbiqi elektrik təchizatı şəbəkəsinə qoşulma sahəsində mühüm addımdır 26 Yanvar 2026