Səhmdar Cəmiyyət tərəfindən həyata keçirilən mühüm prioritet hədəflərdən biri abonentlər tərəfindən istehlak edilmiş elektrik enerjisinin dəyərinin tam həcmdə ödənilməsinin təmin edilməsidir. Eyni zamanda Səhmdar Cəmiyyətin maliyyələşmə mənbəyi kimi bu ödənişlərdə gecikmələr nəticəsində ötən dövrdən yığılmış debitor borcların istehlakçılar tərəfindən ödəliməsi mühüm əhəmiyyət kəsb edir. Belə ki, Səhmdar Cəmiyyət tərəfindən enerji istehsalçılarından topdan alınmış elektrik enerjisinin dəyərinin öhdəlik tələbləri çərçivəsində ödənilməsində, paylayıcı qurğu və avadanlıqların normal istismarının saxlanılmasında, onlara texniki xidmətin vaxtında göstərilməsində, həmçinin işçi personalın əmək haqlarının ödənişinin təmin edilməsində vacib əhəmiyyət kəsb edir.
Bununla əlaqədar olaraq, abonentlərin istehlak etdikləri elektrik enerjisinin dəyərinin vaxtında ödənilməsi istiqamətində maarifləndirməsi məqsədilə, Səhmdar Cəmiyyətin struktur bölmələrinin əməkdaşları tərəfindən müntəzəm olaraq tədbirlər həyata keçirilir. Abonentlərə təqdim olunan bildiriş xəbərdarlıqlarda istehlak edilən elektrik enerjisinin dəyərinin ödənilməsi diqqətlərinə çatdırılır və qanunla müvafiq tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edilir.
Həmçinin, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın tələblərinə əsasən nəzərdə tutulmuş müddətdə elektrik enerjisinin dəyərinin ödənilmədiyi təqdirdə Səhmdar Cəmiyyətin müvafiq strukturları tərəfindən tədbirlər həyata keçirilir.
Digər xəbərlər
- “Azərişıq” ASC yaranmış debitor borcların ödənilməsi ilə bağlı istehlakçıların maarifləndirilməsi tədbirlərini 2026-cı ildə də davam etdirəcəkdir 15 Yanvar 2026
- Nizami rayonunun bu ərazilərində fasilə yaranacaq 20 May 2026
- Masallının bu ərazilərində fasilə yaranacaq 18 Fevral 2026
- Biləcəri ETSİ-nə daxil olan bu ərazilərdə fasilə yaranacaq 02 Fevral 2026
- Xəzər rayonunun bu ərazilərində fasilə yaranacaq 13 May 2026