Dekabrın 30-da Biləsuvar Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/10 kV-luq yarımstansiyada 20 mVA gücündə transformatorda təmir işi aparılacaq. Bununla əlaqədar olaraq saat 12:00-dan 13:00-dək rayonun bir sıra yaşayış məntəqələri və şəhər ərazisinin bəzi hissələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Həmçinin Lənkəran Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/10 kV-luq “Lənkəran-2” yarımstansiyasından çıxan 10 kV-luq 4 saylı şəhər hava xəttində təmir işləri həyata keçiriləcək. Bununla əlaqədar olaraq saat 12:30-dan 14:30-dək şəhər ərazisində Müzəffər Nəsirli, Şəkər Aslan, Vidadi, Şahin Məmmədov, Səməd Vurğun, Şirəli Axundov küçələrində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Təmir işləri başa çatdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Digər xəbərlər
- Bakı və Lənkəranın bu ərazilərində fasilə yaranacaq 15 May 2026
- Biləcəri ETSİ-nə daxil olan bu ərazilərdə fasilə yaranacaq 02 Mart 2026
- Lənkəranın bu ərazilərində fasilə yaranacaq 06 Mart 2026
- Yardımlının bu ərazilərində fasilə yaranacaq 01 Aprel 2026
- Cəlilabadın bu ərazilərində fasilə yaranacaq 03 İyun 2026