Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə 16 oktyabr tarixində Biləcəri Enerji Təchizatı və Satışı İdarəsi (ETSİ) ərazisində 6 kV-luq hava xəttində yenidənqurma-təftiş işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan 15:00-dək Biləcəri qəsəbəsinin bəzi hissələrində, Söyüdlər adlanan ərazidə, Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) ətraf ərazilərində və yeni yaşayış massivində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. İşlər başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Digər xəbərlər
- Astara və Qəbələnin bu ərazilərində fasilə yaranacaq 01 İyun 2026
- “SİMA” yeni nəsil rəqəmsal imzanın tətbiqi, istehlakçıların elektrik şəbəkəsinə qoşulma prosesinə təsiri 16 Mart 2026
- Mingəçevirin bu ərazilərində fasilə yaranacaq 17 May 2026
- Lerikin bu ərazilərində fasilə yaranacaq 06 Aprel 2026
- Biləcəri ETSİ-nə daxil olan bu ərazilərində fasilə yaranacaq 17 Aprel 2026