"Azərişıq" ASC ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə Gəncə Gənclər Evinin inzibati binasında sahibkarlıq subyektləri ilə görüş keçirilib.
"İctimai iaşə sahəsində mövcud imkanlar, çətinliklər və perspektivlər” mövzusunda keçirilən görüşdə "Azərişıq" ASC-nin, KOBİA-nın, Gəncə Şəhər İcra Hakimiyyətinin, İqtisadiyyat Nazirliyinin Gəncə-Qazax regional bölməsinin, Qida Təhlükəsizliyi Agentliyinin Gəncə-Daşkəsən regional bölməsinin, Gəncə Regional Turizm İdarəsinin, Gəncə-Daşkəsən Regional Məşğulluq Filialının və digər aidiyyəti qurumların nümayəndələri, eləcə də ictimai iaşə sahəsində fəaliyyət göstərən 30-a yaxın sahibkarlıq subyekti iştirak edib.
Qeyd edək ki, "Azərişıq" ASC fermer və sahibkarların rahat fəaliyyəti, yaranan problemlərin aradan qaldırılması məqsədilə regionlarda mütəmadi görüşlər keçirir, onların fikirləri, təklifləri, tövsiyələri dinlənilir.
Digər xəbərlər
- Lənkəranın bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq 03 Mart 2026
- Paytaxtın bu ərazilərində fasilə yaranacaq 18 Mart 2026
- Bu ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq 12 Yanvar 2026
- Müasir texnologiyaların tətbiqi elektrik enerjisi itkilərini azaltmağa kömək edir 06 Mart 2026
- “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Qəbələdə vətəndaşları qəbul edib 25 Fevral 2026