Cənab Prezident İlham Əliyevin tapşırıqlarına əsasən “Azərişıq” ASC yerlərdə sahibkarların rahat fəaliyyəti və yaranan problemlərin aradan qaldırılması üçün mütəmadi görüşlər keçirir. Bu sahəyə xüsusi diqqət yetirən “Azərişıq” ASC tərəfindən bölgələrdə fermer və sahibkarların fikirləri, təklifləri, tövsiyyələri dinlənilir. Belə görüşlərdən biri də Şamaxı rayonunda, Şamaxı Rayon İcra Hakimiyyətinin binasında təşkil olunub. Otuz nəfərə yaxın sahibkar və rayon ictimaiyyəti nümayəndəsinin iştirakı ilə keçirilən görüşdə “Azərişıq” ASC-nin ASAN xidmətlə iş departamentinin direktor müavini, Şimal-Qərb RETSİ-nin rəhbəri, eləcə də qurumun mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi iştirak edib.
Görüş zamanı qeyd olunub ki, dövlət başçısının tapşırıqları əsasında bu gün ölkənin ucqar rayonlarında belə ötən əsrin 50-60-cı illərindən qalma elektrik şəbəkələri yeniləri ilə əvəzlənir. Müxtəlif gücdə Yarımstansiyalar tikilir, şəbəkələr tamamilə yenilənir, müasir transformatorlar quraşdırılır. Müasir şəbəkələrin qrurulması enerji itkisinin qarşısının alınması ilə yanaşı əhali və qeyri-əhali abonentlərin fasiləsiz, dayanıqlı elektrik enerjisi ilə təmin olunmasına hesablanıb. Bütün regionlarımızla yanaşı bu işlər həm də işğaldan azad olunan ərazilərimizdə tam gücü ilə aparılır.
Həmçinin qurumun elektron xidmətləri barədə də sahibkarlarla maarifləndici söhbətlər aparılıb. Abonentlərin ofis və evlərindən çıxmadan onlayn qaydada quruma müraciət etmə imkanları ətraflı izah olunub. Fermerlərin müxtəlif məsələlərlə bağlı sualları dinlənilib, qaldırdılan bəzi problemlər yerindəcə həll edilib.
Qeyd edək ki, “Azərişıq” ASC nümayəndələri sahibkarlarla görüşləri digər regionlarda da mütəmadi şəkildə davam etdirəcək.
Digər xəbərlər
- "Azərişıq” ASC Elektron Hökumət Portalı vasitəsilə abonentlərə debitor borclar barədə elektron arayış (məlumat) təqdim edir. 29 Yanvar 2024
- Elektrik enerjisinin təchizatı ilə bağlı müraciətlərin qəbulu, onlara baxılması və bu sahədə istehlakçıların hüquqlarının qorunmasına dair daxili qaydalar hazırlanaraq “Azərişıq” ASC-nin rəsmi səhifəsində yerləşdirilmişdir. 20 Fevral 2024
- Müştəri məmnuniyyəti üçün xidmətlər təkmilləşdirilir. 28 Mart 2024
- “Azərişıq” ASC Lənkəranda yenidənqurma işlərini davam etdirir. 29 Mart 2024
- “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Saatlıda vətəndaşları qəbul edib. 30 Yanvar 2024