
“Azərişıq” ASC ölkənin bütün regionlarında istehlakçıların dayanıqlı, fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchiz edilməsi, həmçinin istismar müddətini başa vurmuş elektrik şəbəkələrində texniki itkilərin aradan qaldırılması məqsədilə genişmiqyaslı təmir-tikinti və yenidənqurma işləri həyata keçirir.
Son günlər əsən güclü küləklər bəzi rayonlarda, o cümlədən Masallı, Gədəbəy, Tovuz, Daşkəsən, Ağdam və Bərdədə elektrik şəbəkəsinə ziyan vurub, binaların damlarının konstruksiyalarının uçması və ağacların aşması nəticəsində elektrik xətlərində qırılma halları baş verib.
"Lakin “Azərişıq” ASC-nin əməkdaşları qısa müddət ərzində bu qəzaları aradan qaldırıblar və abonentlərə elektrik enerjisinin verilməsini operativ olaraq bərpa ediblər. Ölkənin elektrik təsərrüfatında son illər həyata keçirilən əsaslı yenidənqurma, ən ucqar dağlıq bölgələrdə belə elektrik şəbəkələrinin yenidən qurulması, yeni yarımstansiyaların tikintisi, müasir KTM-lərin quraşdırılması və digər işlər sayəsində ən mürəkkəb hava şəraitində belə abonentlərin fasiləsiz elektrik enerjisi ilə təminatına imkan yaradıb", - deyə məlumatda vurğulanıb.
2018-ci il ərzində ölkə üzrə 8 ədəd 110 kilovoltluq yarımstansiyanın tikintisi, 6 belə yarımstansiyanın əsaslı təmiri nəzərdə tutulur. Habelə 35 kilovoltluq 48 yarımstansiyada əsaslı təmir işləri görüləcək: "Daha 65 ədəd belə yarımstansiyada isə cari təmir işləri aparılacaq. 250 km uzunluğunda 35 kilovoltluq hava xətlərinin, 950 km 10 kilovoltluq hava xətlərini təmiri planlaşdırılıb. 0,4 kV-luq şəbəkələrin bərpası məqsədilə 140 kənddə elektrik verilişi xətləri özünüdaşıyan izolyasiyalı – SİP - kabellərlə yenilənəcək".
Digər xəbərlər
- “Azərişıq” ASC yaranmış debitor borcların yığılması ilə bağlı istehlakçıların maarifləndirilməsi tədbirlərini 2025-ci ildə də davam etdirəcəkdir 10 Yanvar 2025
- "Azərişıq" ASC-də sahibkarların elektrik təchizatı şəbəkəsinə qoşulmasının sadələşdirilməsinə dair maarifləndirmə işləri davam etdirilir 13 Fevral 2025
- Elektrik enerjisi istehlakı üzrə debitor borcların ödənişinin təmin olunması istiqamətində həyata keçirilən tədbirlər “Azərişıq” ASC -nin əsas hədəflərindən biridir 21 Yanvar 2025
- “Azərişıq” ASC cənub rayonlarında güclü qarın yaratdığı qəzaları aradan qaldırmaq üçün fasiləsiz çalışıb 10 Fevral 2025
- Yardımlıda yenidənqurma və təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq 23 Yanvar 2025