"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov aprelin 15-də saat 10:00-da Neftçala şəhərində Neftçala və Salyan rayonlarından olan vətəndaşları qəbul edəcək. Qəbul Neftçala şəhəri Mirzə Ələkbər Sabir küçəsində yerləşən “Azərişıq” ASC-nin Neftçala Elektrik Şəbəkəsinin inzibati binasında keçiriləcək.
Qəbul Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşları qəbulu cədvəlinə əsasən baş tutacaq.
Qəbulda iştirak etmək istəyən şəxslər Neftçala Elektrik Şəbəkəsinə və ya "Azərişıq" ASC-nin 199 çağrı mərkəzinə, onlayn isə info@azerishiq.az elektron poçt ünvanına müraciət etməklə qeydiyyatdan keçə bilərlər.
Vətəndaşların diqqətinə çatıdırırıq ki, qəbulda müraciətlər yalnız “Azərişıq” ASC-nin fəaliyyət istiqamətinə aid məsələlərlə bağlı olmalıdır.
Digər xəbərlər
- Masallının bu ərazilərində fasilə yaranacaq 18 Fevral 2026
- Elektrik enerjisinin istehlakı ilə bağlı ən çox verilən suallar 21 May 2026
- Abşeronun bu ərazilərində fasilə olacaq 06 Yanvar 2026
- “Azərişıq” ASC Ağcabədinin bir sıra kəndlərinin elektrik şəbəkəsini yeniləyir 11 Mart 2026
- Səbail rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq 23 May 2026