“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar ölkəmizə səfər edən Dubay Elektrik və Su İdarəsinin (DEWA) sədri Səid Məhəmməd Əl Təyyar arasında görüş keçirilib. Görüş zamanı “Azərişıq” ASC ilə Dubay Elektrik və Su İdarəsi arasında elektrik sektorunda əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Bildirilib ki, qurumlar arasında yaranacaq bu əməkdaşlıq gələcəkdə hər iki ölkənin enerji təchizatının xüsusilə də, yaşıl enerjiyə keçidin sürətlə inkişaf etdirilməsinə xidmət edəcək.
Tərəflər arasında baş tutan işgüzar görüşdə həmçinin “Azərişıq” ASC-nin paytaxtda, regionlarda, o cümlədən işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi yenidənqurma işləri, gələcək layihələr barədə məlumat verilib.
Digər xəbərlər
- Cəlilabadın bu ərazilərində fasilə yaranacaq 03 Aprel 2026
- Elektrik enerjisinin istehlakı ilə bağlı ən çox verilən suallar 21 May 2026
- Suraxanı rayonuna daxil olan bu ərazidə fasilə yaranacaq 05 May 2026
- Elektrik enerjisi istehlakı üzrə debitor borcların ödənişinin təmin olunması istiqamətində tədbirlər mütəmadi həyata keçirilir 05 Fevral 2026
- Mingəçevirin bir sıra ərazilərində fasilə yaranacaq 17 Mart 2026