Oktyabrın 14-də ADA Universitetində “Azərişıq” ASC-nin təşkilatçılığı ilə 20 Oktyabr - Energetiklər Gününə həsr olunmuş tədbir keçirilib.
ADA Universitetinin müəllim və tələbə heyətinin iştirak etdiyi görüşdə “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə çıxış edərək, “Azərişıq” ASC-nin strateji inkişaf planından danışıb və işğaldan azad olunmuş ərazilərdə “Azərişıq” ASC tərəfindən aparılan yenidənqurma, bərpa işləri və digər innovativ yeniliklərlə bağlı ətraflı məlumat verib.
Sonra Qarabağda görülən işlərdən bəhs edən “İşıqlı Qarabağ” filmi nümayiş olunub.
Tədbirdə həmçinin “Azərişıq” ASC ilə ADA tələbələri arasında qarşılıqlı əlaqələrin qurulmasına xüsusi önəm verildiyi vurğulanıb. Bu məqsədlə, respublikanın ali təhsil müəssisələrində təhsil alan tələbələrin “Azərişıq” ASC-nin strukturlarında nəzəri və praktiki təcrübə keçmək imkanlarının genişləndirilməsi, işlə təmin olunmaqla yanaşı karyera qurmaq, gələcəkdə vətənə, ölkəyə faydalı gənc mütəxəssis kimi formalaşması, eyni zamanda elektroenergetika sahəsində aparılan genişmiqyaslı müasirləşmə layihələri və bərpa olunan enerji mənbələrinin tətbiqi üzrə həyata keçirilən islahatlar haqqında məlumat verilib.
Sonda tələbələrin sualları cavablandırılıb.
Digər xəbərlər
- Elektron xəritədən istifadə istehlakçıların enerji təchizatı şəbəkəsinə qoşulma prosesini asanlaşdırır 11 Mart 2025
- Lənkəranda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq 21 Yanvar 2025
- Biləcəri ETSİ-də 81 saylı yarımstansiyada yeni yuvanın quraşdırılması ilə əlaqədər elektrik enerjisinin verilişində fasilələr yaranacaq 10 Yanvar 2025
- “Azərişiq” ASC Medianın İnkişafı Agentliyi ilə birgə Zəngilana media-tur təşkil edib 07 Fevral 2025
- Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması üzrə xidmətlərin elektronlaşdırılması, prosesin sadələşdirilməsi yolunda mühüm addımdır 24 Yanvar 2025