
30 illik işğal dövründə ermənilər qərəzli və xüsusi nifrətlə tarixi torpaqlarımızda bütün mövcud infrastrukturla yanaşı elektrik şəbəkələrini də tamamilə məhv etmişdi. 44 günlük zəfər yürüşündə azadlığına qovuşan rayonlarda Cənab Prezident İlham Əliyevin tapşırıqları əsasında "Azərişıq" ASC-nin əməkdaşları qəhrəman ordumuzun ardınca irəliləyərək bərpa və yenidənqurma işlərini həyata keçirdi. Məqsəd işıqlı gələcəyi qarşıda olan azad vətən torpağında azad Azərbaycan işığını yandırmaq idi.
Belə rayonlarımızdan biri də uca dağları, əsrarəngiz təbiəti ilə göz oxşayan Laçındır. Bu gün Laçın şəhərində məskunlaşan vətəndaşlarımız fasiləsiz dayanıqlı elektrik enerjisi ilə təmin edilir. Laçının mərkəzində yerləşən evlər, dövlət əhəmiyyətli obyektlərə yeni yeraltı 0,4 kv-luq xətlər çəkilib. Həmçinin Laçın rayonu ərazisində olan bütün 35 və 0,4 kv-luq xətlər də yeraltı xətlərlə əvəz olunur.
Ümumilikdə rayon mərkəzi ilə yanaşı ən ucqar kəndlərdə belə elektrik şəbəkəsi tamamilə yenilənir. Hazırda Minkənd, "6-cı rayon" adlanan ərazi və Ağbulaq istiqamətində 40 km uzunluğunda yeni elektrik xəttinin çəkilişi işləri davam etdirilir. Şəlvə dərəsi və Kilsəlidağ istiqamətində xətlər çəkilib.
110/35/10 kv-luq Laçın Yarımstansiyasından 35 kv-luq yeraltı dairəvi xətt çəkilir ki, bunun sayəsində Laçının istənilən ərazisinə elektrik enerjisi vermək mümkün olacaq. Həmçinin, Laçınla Kəlbəcər rayonlarının elektrik şəbəkələrini birləşdirən dairəvi elektrik təchizat sxeminin yaradılması üzrə işlər davam edir.
Digər xəbərlər
- Şəmkirin Yuxarı Seyfəli və İrmaşlı kəndlərinin elektrik şəbəkəsi yenidən qurulur. 23 Yanvar 2023
- "Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov Balakən şəhərində vətəndaşları qəbul edəcək. 05 Aprel 2023
- “EnergyTech" hakatonu “e-sistem”in inkişafına töhfə verəcək 17 Aprel 2023
- Prezident İlham Əliyev “Azərişıq” ASC-nin Cəbrayıl Rəqəmsal İdarəetmə Mərkəzinin açılışını edib 28 Sentyabr 2023
- Prezident İlham Əliyev “Azərişıq” ASC-nin Salyan Rəqəmsal İdarəetmə Mərkəzinin açılışını edib 18 Aprel 2023