Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Lənkəranda “Sahibkarların dövlətin dəstək mexanizmləri barədə məlumatlandırılması” mövzusunda görüş təşkil edib. Sahibkarlarla keçirilən görüşdə Lənkəran Şəhər İcra Hakimiyyəti, Azərbaycan Qida Təhlükəsizlik Agentliyi, Azərbaycan Dövlət Reklam Agentliyi, Dövlət Vergi Xidməti, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, Dövlət Turizm Agentliyi, Peşə Təhsili üzrə Dövlət Agentliyi, Dövlət Məşğulluq Agentliyi, Aqrar Kredit və İnkişaf Agentliyi, Əqli Mülkiyyət Agentliyi, İqtisadiyyat Nazirliyinin Lənkəran Regional Bölməsi, Azərbaycan Biznesinin İnkişaf Fondu, “ABAD” publik hüquqi şəxsi, Azərbaycan Standartlaşdırma İnstitutu, “Azəriqaz” İstehsalat Birliyi, “Marsol Group” şirkəti və bir sıra sahibkarlıq subyektləri ilə birgə “Azərişıq” ASC-nin əməkdaşları iştirak edib.
“Azərişıq” ASC-nin ASAN Xidmətlə İş Departamentinin direktor müavini İnam Yusifov tədbir iştirakçıları ilə sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, sahibkarların aidiyyəti dövlət qurumları ilə əlaqələndirməsi, sahibkarlıq obyektlərində yaranan və ya yarana biləcək çətinlikləri müzakirə ediblər. Həlli mümkün olan bir çox problemlər yerindəcə həll edilib. Həmçinin müvafiq lazımi qeydlər aparılıb.
Qeyd edək ki, fermer və sahibkarların rahat fəaliyyəti, yaranan problemlərin aradan qaldırılması məqsədilə “Azərişıq” ASC regionlarda mütəmadi görüşlər təşkil edir, mövcud problemlərinin həlli istiqamətində işlər aparır.
Digər xəbərlər
- Binə qəsəbəsinin bir sıra hissələrində gücləndirmə işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq 31 İyul 2025
- “Azərişıq” ASC-nin təşkil etdiyi ümumrespublika Peşə Ustalığı Yarışlarının növbəti finalçısı bəlli olub 16 Sentyabr 2025
- Yardımlıda yenidənqurma və təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq 23 Yanvar 2025
- Nərimanov rayonunun bəzi ərazilərində yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq 17 İyul 2025
- Abşeronda yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq 10 İyul 2025