
“Azərişıq” Açıq Səhimdar Cəmiyyəti yeni ildən daha bir uğurlu layihəyə start verdi.
İnformasiya Texnologiyalarının Paylayıcı Şəbəkələrdə tətbiqi sahəsində dünyada müasir trendlərdən olan 3D - mobile mapping texnologiyası Elektrik şəbəkələrinin istismarı, qeydiyyatı, analizi və planlanmasının daha dəqiq və çevik həyata keçirilməsi üçün artıq istifadəyə verilib.
Yeni texnologiyanın tətbiqi ilə şəbəkədə mövcud olan cihaz və avadanlıqların yerləşdiyi ərazinin 3D – multi-direktoriya formatında scan olunması həyata keçirilməklə, müxtəlif gərginlikli Elektrik Veriliş Xətlərinin, transfarmatorların, dayaqların, sayğaclar və onlara gədər olan ötürücü naqillərin yerləşdiyi ərazinin virtual xəritəsi relyef xüsusiyyətləri və GPS koordinatlarına uyğun yüksək dəqiqliklə tərtib edilir. Bu texnologiya sayəsində mövcud şəbəkədə olan elementlər və onların yerləşdiyi ərazi haqqında müfəssəl məlumatlar Ağıllı Şəbəkələrin İdarəetmə Mərkəzinə ötürülərək, əraziyə getmədən, 3D - smart xəritə üzərində infrastrukturun dəqiq öyrənilməsinə geniş texniki-iqtisadi şərait yaradır.
Bununla yanaşı elektrik şəbəkəsinin mövcud olmadığı ərazilər 3D - Mobile mapping texnologiyası ilə scan olunan ərazi 0.5 sm dəqiqliklə öyrənilərək mərkəzi sistemdə 3D smart xəritəyə ötürülür, həmin ərazi üzrə elektrik ötürücü xətlərin çəkilməsi də, relyef xüsusiyyətlərini özündə əks etdirən 3D xəritədə virtual şəkildə, mütəxəssislərin öz iş yerlərini tərk etmədən dəqiq planlama aparmasına imkan verir.
Üstünlükləri:
- Elektrik xətlərinin keçdiyi ərazi 3D formatda scan olunaraq mövcud qüsurların görülməsi.
- Rayon elektrik şəbəkələrinin virtual 3D xəritəsinin yaradılması
- 3D mobil xəritə üzrəində ərazinin küçə adları və koordinatları ilə tapilması
- Qəza hallarında əraziyə getmədən qəza yerinin təyin edilməsi
- Elektrik şəbəkə elementlərinin inventarlaşdırılması
- Perspektivdə nəzərdə tutulacaq ərazinin dəqiq planlanması
Bunula yanaşı 3D mobil mapping texnologiyasından istifadə bir çox texnoloji yeniliklərə malikdir.
Video görüntülər üçün: youtube.com/AzerishiqASC
Digər xəbərlər
- “Azərişıq” ASC yaranmasının 10-cu ildönümü ilə əlaqədar qanvermə aksiyası keçirib 12 Fevral 2025
- Lənkəranda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq 04 Fevral 2025
- Masallıda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq 05 Fevral 2025
- Müasir texnologiyaların tətbiqi elektrik enerjisi itkilərini azaltmağa kömək edir 05 Fevral 2025
- “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Qəbələdə vətəndaşları qəbul edib 24 Yanvar 2025