Cənab Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov mayın 1-də Cəbrayılda vətəndaşları qəbul edib. Cəbrayıl, Qubadlı, eləcə də Zəngilan sakinlərinin iştirak etdiyi qəbul mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən təşkil olunub.
“Azərişıq” ASC-nin Cəbrayıl Rəqəmsal İdarəetmə Mərkəzində keçirilən tədbirdə Səhmdar Cəmiyyətin fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətlər cavablandırılıb. Həmçinin qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb. Həlli araşdırma tələb edən məsələlərlə əlaqədar yazılı müraciət qeydə alınaraq aidiyyəti şöbələrin icraatına göndərilib. Qəbulda iştirak edən vətəndaşlar regionlarda elektrik şəbəkələrinin yenilənməsi işlərinə, eləcə də onlara göstərilən diqqət və qayğıya görə Cənab Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
“Azərişıq” ASC tərəfindən ölkənin bütün regionlarında vətəndaşlarla, eləcə də sahibkar və fermerlərlə görüşlər təşkil olunur, onların təklif və tövsiyələri dinlənilir. Bu cür görüşlərin keçirilməsində məqsəd maarifləndirici məlumatların verilməsi ilə yanaşı, abonentlərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması, mövcud problemlərin həll edilməsi və elektrik enerjisi itkilərinin minimuma endirilməsidir.
Digər xəbərlər
- Biləsuvar, Lənkəran və Yardımlının bu ərazilərində fasilə yaranacaq 09 Aprel 2026
- Biləcəri ETSİ-nə daxil olan bu ərazilərində fasilə yaranacaq 17 Aprel 2026
- “Azərişıq” ASC Kəlbəcərdə yenidənqurma işlərini davam etdirir 19 Yanvar 2026
- “Azərişıq” ASC Ağcabədinin bir sıra kəndlərinin elektrik şəbəkəsini yeniləyir 11 Mart 2026
- Suraxanı rayonunun bu ərazilərində fasilə yaranacaq 17 Mart 2026