
Dekabrın 18-də “Azərişıq” ASC-nin sədrinin vəzifəsini icra edən Vüqar Əhmədov Salyan şəhərində vətəndaşları qəbul edib.
ASC-nin mətbuat xidməti bildirib ki, qəbulda Salyan və Neftçala rayonlarından olan vətəndaşlar iştirak ediblər.
Əhalinin müraciətlərini dinləyən V.Əhmədov bütün məsələlərin qanunvericiliyə uyğun və operativ şəkildə həll edilməsi üçün ASC-nin əlaqədar struktur qurumlarının rəhbərlərinə və rayon elektrik şəbəkələrinin rəislərinə müvafiq göstərişlər verilib.
Vətəndaşların müraciətlərinin əksəriyyəti yerindəcə həllini tapıb. Araşdırma tələb edən müraciətlər nəzarətə götürülüb və operativ həlli üçün icraya yönəldilib. Qurumun fəaliyyət istiqamətlərinə aid olmayan müraciətlər isə qeydə alınaraq aidiyyatı üzrə göndəriləcəyi bildirilib.
Digər xəbərlər
- “Azərişıq” ASC Kəlbəcərdə yenidənqurma işlərini davam etdirir. 06 Yanvar 2023
- Paytaxt və bölgələrdə elektrik enerjisinin talanması halları aşkarlanıb. 06 Sentyabr 2023
- "Azərişiq” ASC Füzuliyə köçürülən sakinləri işlə təmin edir. 09 Noyabr 2023
- Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Azərişıq” və “AzərEnerji” birgə ağacəkmə aksiyası keçirib. 23 Fevral 2023
- “Azərişıq” ASC Yevlaxın 4 kəndində yenidənqurma işləri aparır. 18 İyul 2023