Elektrik şəbəkəsinə onlayn qoşulma xidmətinin tətbiqi ilə bağlı bu gün “Azərişıq” ASC-də təqdimat olub.
“Azərişıq” ASC sədrinin müşaviri Fərrux Heybətov və “Azərişıq” ASC-nin İKT departamentinin rəhbəri Qalib Həmidov yeniliklərlə bağlı məlumat verib.
Yeniliyə əsasən sahibkar olduğu məkanı tərk etmədən, elektron formada obyektini enerji təchizat şəbəkəsinə qoşa bilər. Abonentin onlayn müraciəti 20 gündən gec olmayaraq reallaşır və obyekti elektrik enerjisi ilə təmin edilir.
Bu sistem digər dövlət qurumları ilə inteqrasiyada olduğundan müraciət edən sahibkar özünə aid məlumatları ümumi bazadan götürə bilər. Reyestr və qeydiyyat nömrələri sistemə daxil edilən kimi dərhal obyektin kordinatları və obyektə ən yaxın Transformator Məntəqəsi avtomatik müəyyənləşir. Bununla da, sahibkar 150 kvt-a qədər tələb olunan gücü müəyyənləşdirərək qoşulma haqqını hesablayır və onlayn qaydada ödəniş edir. Elektron müraciət avtomatik icra olunur və 20 gündən gec olmayaraq sahibkarın obyekti elektrik enerjisi ilə təmin edilir.
Həmçinin Covid-19 pandemiyasının geniş yayıldığı dövrdə “Azərişıq” ASC abonentlərin saglamlığını da düşünərək sahibkarların evdən və ya ofisdən çıxmadan növbəsiz və heç bir təmas olmadan qeyri-yaşayış sahəsinin onlayn qaydada www.azerishiq.az və ya www.e-gov.az saytı üzərindən enerji təchizatı şəbəkəsinə qoşulması üçün müraciətlərini təmin edə bilər.
Bunun üçün video-təlimat da hazırlanıb.
Məqsəd bu sahədə vətəndaşlarmızın maarifləndirilməsi və qoşulmanın daha rahat, əlçatan olmasını təmin etməkdir.
Digər xəbərlər
- Buzovnanın bu ərazilərində fasilə yaranacaq 26 Yanvar 2026
- “Azərişıq” ASC cənub rayonlarında elektrik enerjisinin verilişini bərpa etmək üçün fasiləsiz işləyir 21 Yanvar 2026
- “Azərişıq” ASC yaranmış debitor borcların ödənilməsi ilə bağlı istehlakçıların maarifləndirilməsi tədbirlərini 2026-cı ildə də davam etdirəcəkdir 15 Yanvar 2026
- Abşeronun bu ərazilərində fasilə olacaq 08 Yanvar 2026
- Yardımlının bu ərazilərində fasilə yaranacaq 01 Aprel 2026