Mayın 17-də Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində 110/35/6 kV-luq “ETK-4” yarımstansiyasında 2-ci Paylayıcı Qurğuda (PQ) yenidənqurma və təmir-təftiş işləri aparılacaq. Bununla əlaqədar saat 01:00-dan 04:00-dək Binəqədi kəndi və ətrafında yerləşən yeni yaşayış massivləri, Biləcəri qəsəbəsi Məmədoğlular, M. Aslanov, 10 May küçələri, eləcə də DSK yolu adlanan ərazinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. İşlər yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Digər xəbərlər
- Masallının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq 18 Fevral 2026
- Suraxanı rayonunun bu ərazilərində fasilə yaranacaq 19 Mart 2026
- Səbail rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq 23 May 2026
- Bakı və Lənkəranın bu ərazilərində fasilə yaranacaq 15 May 2026
- “Azərişıq” ASC-nin nümayəndələri Naxçıvanda fermer və sahibkarlarla görüşüb 21 May 2026