İyulun 31-də gecə saatlarında qəza nəticəsində Abşeron rayonu Quşçuluq massivinin və Masazır qəsəbəsinin bəzi yerlərində elektrik enerjisinin verilişində yaranan fasilə operativ şəkildə aradan qaldırılıb.
“Azərişıq” ASC-dən bildirilib ki, hazırda ölkə üzrə dayanıqlı elektrik enerjisi təchizatı tam təmin edilib. Ötən gecə baş verən qəzadan dərhal sonra ASC-nin əməkdaşları və texnikası hadisə yerinə göndərilib. Görülən operativ işlər nəticəsində qısa zamanda qəzanın nəticələri aradan qaldırılıb və istehlakçılar fasiləsiz elektrik enerjisi ilə təmin edilib.
Digər xəbərlər
- Cəmiyyətin prioritet istiqamətləri 01 Fevral 2024
- “Azərişıq” ASC bayramla əlaqədar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. 19 Mart 2024
- “Azərişıq” ASC Şirvanda yenidənqurma işlərini davam etdirir. 19 Aprel 2024
- “Azərişiq” ASC Qarabağ və Şərqi Zəngəzurda yenidənqurma işlərini davam etdirir. 15 Aprel 2024
- “Azərişıq” ASC Kəlbəcərdə yenidənqurma işlərini davam etdirir. 12 Aprel 2024