Lənkəran və Biləsuvar Elektrik Şəbəkələrinin (EŞ) ərazilərində 20-23 may tarixlərində 10 kV-luq bir sıra hava xətlərində təmir işləri aparılacaq.
Bununla əlaqədar olaraq mayın 20-də saat 10:00-dan 13:00-dək Lənkəranın Sütəmurdov, Velədi, saat 14:00-dan 16:00-dək Digah və Şiləvar kəndləri, mayın 21-də saat 10:00-dan 13:00-dək şəhər ərazisində 1-ci, 2-ci mikrorayonlar, Heydər Əliyev prospekti, Zərifə Əliyeva, Koroğlu, Səttərxan, Şirəli Axundov, Həzi Aslanov küçələri və Qala xiyabanı ərazisində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Lənkəranda fasilə mayın 22-də saat 10:00-dan 13:00-dək İstisu qəsəbəsi, Girdəni, Havzova, Şağlaser, Cil, Xarxatan kəndləri, 23 may tarixində isə saat 13:00-dan 15:00-dək şəhər ərazisində Müzəffər Nəsirli, Vidadi, Səməd Vurğun, Fikrət Məmmədov, Sahil küçələrində davam edəcək.
Həmçinin mayın 23-də Biləsuvarın Nəsimikənd, Günəşli, Zəhmətabad, Bağbanlar, Çinarlı, Yuxarı Ağalı, Muğan, Çaylı kəndlərində təmir işləri ilə əlaqədar saat 10:00-dan 12:00-dək elektrik enerjisinin verilişi dayandırılacaq.
Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Digər xəbərlər
- Biləsuvarın bu ərazilərində fasilə yaranacaq 01 May 2026
- Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması üzrə xidmətlərin elektronlaşdırılması, prosesin sadələşdirilməsi yolunda mühüm addımdır 10 Fevral 2026
- Suraxanı rayonunun bu ərazilərində fasilə yaranacaq 19 Mart 2026
- Mingəçevirin bu ərazilərində fasilə yaranacaq 22 Aprel 2026
- Maştağa ETSİ-nə daxil olan bu ərazilərdə fasilə yaranacaq 23 Fevral 2026