Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə 18-22 may tarixlərində Mingəçevir Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 35/6 kV-luq “Karxana” yarımstansiyasından çıxan 6 kV-luq bir sıra hava xətlərində təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan 13:00-dək Mingəçevir şəhəri Gəncə şossesi, "Az. DRES" bağ evləri əraziləri, 20 Yanvar, Səməd bəy Mehmandarov, Təbriz, Mehdi Hüseyn, Yaşar Muradov, Koroğlu, Cəmil Əliyev, Abdulla Şaiq, Naxçıvan küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində fasilə yaranacaq. Təmir işləri başa çatdıqdan sonra həmin ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Digər xəbərlər
- Elektrik enerjisi istehlakı üzrə debitor borcların ödənişinin təmin olunması istiqamətində həyata keçirilən tədbirlər 04 Mart 2026
- Abşeronun bu ərazilərində fasilə olacaq 10 Yanvar 2026
- Paytaxtın bu ərazilərində fasilə yaranacaq 07 İyun 2026
- “Azərişıq” ASC Ağcabədinin bir sıra kəndlərinin elektrik şəbəkəsini yeniləyir 11 Mart 2026
- Yasamal, Nizami və Xəzər rayonlarının bu ərazilərində fasilə yaranacaq 09 İyun 2026