Prezident İlham Əliyevin tapşırıqlarına əsasən “Azərişıq” ASC işğaldan azad edilən bütün ərazilərdə olduğu kimi coğrafi relyefinə görə mürəkkəb quruluşa malik Kəlbəcərdə də yenidənqurma işlərini davam etdirir. Yaz aylarında belə qarın ərimədiyi yüksəkliklərdə elektrik təsərrüfatı yenidən qurulur.
Hazırda Kəlbəcər rayonu ərazisində 35 kV-luq elektrik xətlərinin çəkilişi sürətlə aparılır. İstisu, Zod, Zar, Zəylik və Yellicə istiqamətində yenidənqurma işləri başa çatıb. Ağqaya, Qamışlı və Mərcimək istiqamətində isə elektrik təsərrüfatının yenilənməsi işləri davam etdirilir. Qeyd edilən kəndlərdə yeni metal dayaqlar basdırılır və müasir tipli, izolyasiyalı kabel xətləri çəkilir.
Yenidənqurma işləri çərçivəsində Kəlbəcər rayonu İstisu qəsəbəsində yerləşən 110/35 kv-luq yarımstansiyanın tikinti işləri və 110/35/10 kV-luq "Kəlbəcər" yarımstansiyasından çıxan 110 kV-luq hava xəttinin Kəlbəcərdən İstisuya qədər olan hissəsinin çəkilişi davam etdirilir. Həmçinin, Kəlbəcər şəhəri ərazisində yeni 35/0,4 kV-luq yarımstansiya və Rəqəmsal İdarəetmə Mərkəzinin tikinti işləri başa çatıb. Ümumilikdə, görülən işlərin yekununda Kəlbəcərlə Laçın rayonlarının elektrik şəbəkələrini biləşdirən dairəvi elektrik təchizat sxemi yaradılacaq.
“Azərişıq” ASC işğaldan azad edilən ərazilərlə yanaşı ölkənin bütün regionlarında, bəzi kənd və qəsəbələrdə elektrik şəbəkələrinin yenilənməsi prosesini paralel şəkildə davam etdirir.
Digər xəbərlər
- Müasir tələblərə cavab verən elektroenergetiklərin hazırlanması “Azərişıq” ASC-nin ümdə vəzifələrindəndir 06 Avqust 2024
- Müasir texnologiyaların tətbiqi elrktrik enerjisi üzrə debitor borcları azaltmağa imkan yaradır. 05 İyun 2024
- Müştəri məmnuniyyəti üçün xidmətlər təkmilləşdirilir. 28 Mart 2024
- “Azərişıq” ASC Lerikdə sahibkarlarla görüş keçirib 15 İyul 2024
- “Azərişıq” ASC KOBİA-nın sahibkarla keçirdiyi görüşdə iştirak edib. 25 Oktyabr 2024