KOBİA-nın (Kiçik və Orta Biznesin İnkişafı Agentliyi) təşkilatçılığı ilə Göyçayda “İstixana sahəsində mövcud imkanlar, çətinliklər və perspektivlər” mövzusunda sahibkarlarla görüş keçirilib. Tədbirdə “Azəriqaz” İstehsalat Birliyi, Qida Təhlükəsizliyi Agentliyi, Kənd Təsərrüfatı Nazirliyi ilə birgə “Azərişıq” ASC-nin müvafiq qurumları xüsusi fəallığı ilə seçilib.
“Azərişıq” ASC-nin ASAN xidmətlə iş departamentinin direktor müavini İnam Yusifov və Mərkəzi Aran RETSİ-nin (Regional Enerji Təchizatı və Satışı İdarəsi) rəisi Zaur Şirəliyev tədbirdə iştirak edən 40-a yaxın sahibkarla istixanalarda yaranan və ya yarana biləcək çətinlikləri müzakirə ediblər. Həlli mümkün olan bir çox problemlər yerindəcə həll edilib. Həmçinin müvafiq lazımi qeydlər aparılıb.
Qeyd edək ki, fermer və sahibkarların rahat fəaliyyəti, yaranan problemlərin aradan qaldırılması məqsədilə “Azərişıq” ASC regionlarda sahibkarlarla mütəmadi olaraq görüşlər keçirir, mövcud problemlərin həll edilməsi üçün işlər aparır.
Digər xəbərlər
- KOBİA-nın Ağsuda təşkil etdiyi tədbirdə “Azərişıq” ASC-nin əməkdaşları iştirak edib 22 Yanvar 2026
- Xəzər rayonunun bu ərazilərində fasilə yaranacaq 13 Fevral 2026
- Biləsuvarın bu ərazilərində fasilə yaranacaq 31 Yanvar 2026
- Suraxanı rayonunun bu ərazilərində fasilə yaranacaq 17 Mart 2026
- Maştağa ETSİ-nə daxil olan bu ərazilərdə fasilə yaranacaq 18 Fevral 2026