Kadr seçimində şəffaflığı qorumaq, innovativ vətexnoloji metodlardan istifadə edərək daha peşəkar kadrların işə cəlb olunmasını təmin etmək məqsədi ilə “Azərişıq” ASC-də interaktiv müsahibələr davam edir. Regionlar üzrə Səhmdar Cəmiyyətə işə qəbul üçün müraciətlərin elektronlaşdırılması və rəqəmsal texnologiyalar üzərindən təşkil edilməsinin məntiqi davamı olaraq müsahibələr həftədə bir dəfə teleprezent sistemi ilə keçirilir. Həyata keçirilən bu yenilik birbaşa olaraq kadr siyasətində şəffaflıq və əlçatanlığın təmin edilməsinə xidmət edir. Azərbaycanın istənilən bölgəsində iş üçün müraciət edən gənclər paytaxta gəlmədən,yaşadıqları şəhər və rayonlarda yerləşən Avtomatik İdarəetmə Mərkəzlərində birbaşa bağlantı ilə mərkəzə qoşulur, müsahibədə iştirak edirlər. Bununla da onlar yaşadıqları ərazini tərk etmir,zaman itkisinə yol vermədən və yol üçün əlavə xərc çəkmədən müsahibəyə qatılırlar. Qeyd edək ki, ötən ildən başlayaraq “Azərişıq” ASC-də işlə təmin olunmaq üçün müraciət elektron qaydada aparılır. İşə Qəbul Komissiyası tərəfindən mütəmadi təşkil edilən müsahibələrdə və Tədris Mərkəzi kurslarında müvəffəqiyyət qazanan namizədlər ASC-nin Kadr Ehtiyat Bankına daxil edilir, elektron növbəsistemi ilə işlə təmin edilirlər.Hazırda “Azərişıq” ASC-nin Bakı və regionlarda Avtomatik İdarəetmə Mərkəzləri ilə yanaşı Tədris Mərkəzləridə fəaliyyət göstərir.
Digər xəbərlər
- Elektrik enerjisinin təchizatı nəticəsində yaranan itkilər və onların azaldılması istiqamətində “Azərişıq” ASC tərəfindən görülən tədbirlər 25 May 2026
- Mingəçevirin bir sıra ərazilərində fasilə yaranacaq 17 Mart 2026
- Biləsuvar, Lənkəran və Lerikin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq 16 Fevral 2026
- Mingəçevirin bir sıra ərazilərində fasilə yaranacaq 23 Fevral 2026
- Xəzər rayonunun bu ərazilərində fasilə yaranacaq 19 Fevral 2026