
Zəngilan rayonunun Ağalı kəndinə və tikilməkdə olan beynəlxalq hava limanına 35 kV-luq xətt çəkilir.
Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq işğaldan azad olunmuş digər ərazilərdə olduğu kimi Zəngilan rayonu ərazisində də "Azərişıq" ASC tərəfindən genişmiqyaslı işlər aparılır.
Rayonun Ağalı kəndində həyata keçirilən "ağıllı kənd" layihəsi çərçivəsində kəndin elektrik enerjisi ilə təminatı üçün 35 kV-luq müasir hava veriliş xətti çəkilir.
Həyata keçirilən digər böyük layihə isə Zəngilanda tikintisi davam edən beynəlxalq hava limanının elektrik enerjisi ilə təchiz edilməsidir. Hava limanına ikidövrəli, 35 kV-luq, tam izoliyasiyalı elektrik xətti çəkilir.
Yeni tip izolyasiya olunmuş 35 kV-luq xətlərin mühafizə zonası (3-6 metr) mövcud xətlərə (30-40 metr) nisbətən 6-10 dəfəyə qədər azdır. 35 kV-luq mövcud naqillərdə texniki itkilər 9-12% olduğu halda, müasir tipli izolyasiya olunmuş kabellərdə 3,5-4% təşkil edir. Şəbəkələrin saxlanma xərcləri 100%-dan 30%-a, illik mal-material sərfi 100%-dan 25%-a endirilir, xidmət müddəti 2 dəfə azalır. İzolyasiya olunmuş kabellərdə qəza açılmalarının sayı və müddəti mövcud naqil xətlərilə müqayisədə 60%-dək azdır. Planlı açılmalar (şəbəkələrə xidmət, təmir, profilaktik baxış və s.) müddəti mövcud xətlərə nisbətən 75% azdır. Yüksək gərginlik xətlərinin bilavasitə altında və yaxınlığında yerləşən yaşayış və əkin sahələrinin, ümumilikdə, sakinlərin yaşayış və fəaliyyət təhlükəsizliyi dəfələrlə artır, təbiət hadisələrinin elektrik veriliş xətlərinə təsiri aradan qaldırılır.
Yeni tip izolyasiya olunmuş 35 kV-luq xətlərin istifadəsi ümumilikdə ölkənin enerji sisteminin dayanıqlıq, etibarlıq və səmərəlilik göstəricilərini beynəlxalq standartlara yaxınlaşdırmağa imkan verir.
Eyni zamanda, bu növ kabel xətlərinin istənilən mühitdə: yeraltı, sualtı və hava ilə çəkilişi mümkünlüyü işğaldan azad edilmiş ərazilərdə qurulan 35/0,4 kV-luq innovativ paylayıcı şəbəkələrin istismarını asanlaşdırmaqla yanaşı, dayanıqlı işini də tam təmin edəcəkdir.
Digər xəbərlər
- “Azərişıq” ASC Abşeron rayonu ərazisində yenidənqurma işləri aparır. 21 Fevral 2023
- “Azərişıq” ASC Kəlbəcərdə yenidənqurma işlərini davam etdirir. 06 Yanvar 2023
- “Azərişıq” ASC Şuşada beynəlxalq elmi-praktiki konfrans keçirdi. 16 Mart 2023
- “Azərişıq” ASC-nin komandası "Heydər Əliyev İli"nə həsr olunmuş "Çevik 100 İl" ideya müsabiqəsində qalib oldu. 11 Mart 2023
- “Azərişıq” ASC qeyri-əhali abonentləri arasında elektrik enerjisinin talanması hallarını aşkarlayıb. 29 Mart 2023