Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə 9 sentyabr tarixində Yevlax Elektrik Şəbəkəsində (EŞ) yerləşən 110/35/10 kV-luq "Yevlax" yarımstansiyasında təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 03:00-dan 07:00-dək Yevlaxın Ağqıraqlı, Balçılı, Cırdaxan, Varvara kəndləri, İravanlı qəsəbəsi, eləcə də şəhərin bir sıra ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri başa çatdıqdan sonra həmin yaşayış məntəqələri daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Digər xəbərlər
- Suraxanı rayonunun bu ərazilərində fasilə yaranacaq 19 Mart 2026
- "Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov Hacıqabul və Şirvandan olan vətəndaşları qəbul edib 19 Yanvar 2026
- Səbail rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq 23 May 2026
- “Azərişıq” ASC Lerikin ən ucqar dağ kəndlərində elektrik şəbəkəsini yeniləyir 08 İyun 2026
- Biləsuvarın bu ərazilərində fasilə yaranacaq 07 Fevral 2026