İyunun 24-də Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində (TM) təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan 13:00-dək Zərgərpalan, Lev Tolstoy, Süleyman Tağızadə, Həzi Aslanov, Əlövsət Quliyev küçələri, Azərbaycan prospektinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Həmin tarixdə Nizami RETSİ ərazisində yerləşən TM-də icra olunacaq təmir-təftiş işləri ilə əlaqədar fasilə saat 10:00-dan 13:00-dək Elşən Süleymanov və Rüstəm Rüstəmov küçələrinin bəzi hissələrini əhatə edəcək.
Həmçinin Cəlilabad Elektrik Şəbəkəsi (EŞ) ərazisində 35/10 kV-luq "Cəlilabad" yarımstansiyasından qidalanan 35 kV-luq "Göytəpə" hava xəttində təmir işləri həyata keçiriləcək. Beləliklə, saat 11:00-dan 13:00-dək Göytəpə şəhəri, Ağdaş, Həziabad, Muğan, Privolnoye kəndlərinin bəzi əraziləri gərginliksiz qalacaq.
Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Digər xəbərlər
- Xəzər rayonunun bu ərazisində fasilə yaranacaq 20 Fevral 2026
- Biləcəri ETSİ-nə daxil olan bu ərazilərdə fasilə yaranacaq 02 Mart 2026
- Biləsuvarın bu ərazilərində fasilə yaranacaq 07 Fevral 2026
- Elektrik təchizatı şəbəkəsinə qoşulma üzrə mövcud müasir imkanların ictimaiyyətə çatdırılması 04 May 2026
- Xırdalanın bu ərazilərində fasilə yaranacaq 18 Mart 2026