Xudat Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 22 dekabr tarixində 110/35/10 kV-luq “Xudat” yarımstansiyasında 10 kV-luq bölmədə təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 11:00-dan 13:00-dək 10 kV-luq hava xətləri üzərində yerləşən bir sıra kənd və qəsəbələrdə (Həsənqala, Ağaşirinoba, Çinartala, Dədəli, Bostançı, Baraxum, Palıdlı, Kənd Xudat, Seyidlər, Mahsuskənd, Yasaqoba, Aşağı Ləgər, Balaqusar), eləcə də Xudat şəhərinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri başa çatdıqdan sonra həmin yaşayış məntəqələri daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Digər xəbərlər
- “Azərişıq” ASC elektrik enerjisi itkilərinin azaldılması istiqamətində yenidənqurma işlərini davam etdirir 03 Fevral 2026
- “Azərişıq” ASC leysan xarakterli yağışların yaratdığı fəsadları aradan qaldırmaq üçün 24 saatlıq gücləndirilmiş iş rejimində çalışır 03 Aprel 2026
- Biləsuvarın bu ərazilərində fasilə yaranacaq 01 May 2026
- Bakı və Lənkəranın bu ərazilərində fasilə yaranacaq 15 May 2026
- Güclü qara baxmayaraq “Azərişıq” ASC Cəlilabadda elektrik enerjisinin bərpasını sürətlə davam etdirir 20 Yanvar 2026