Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən bir sıra qəsəbələrdə elektrik naqillərinin yenilənməsi işləri ilə əlaqədar 7-11 aprel tarixlərində elektrik xətləri sifarişə əsasən açılacaq. Bununla əlaqədar olaraq saat 09:00-dan saat 15:00-dək Binə qəsəbəsi Binə Atçılıq yaşayış massivinin bəzi hissələrində, saat 10:00-dan saat 15:00-dək Şüvəlan qəsəbəsinin bir hissəsində, həmçinin Çöl Şüvəlan və Hacı Mövlan bağları adlanan ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Yenidənqurma işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Digər xəbərlər
- Suraxanı rayonunun bu ərazilərində fasilə yaranacaq 19 Mart 2026
- Abşeronun bu ərazilərində fasilə olacaq 26 Yanvar 2026
- “Azərişıq” ASC Şahdağ istiqamətində xətləri yeniləyir 17 Fevral 2026
- Maştağa ETSİ-nə daxil olan bu ərazilərdə fasilə yaranacaq 13 Fevral 2026
- Elektrik enerjisi təchizatı şəbəkəsinə qoşulma prosesinin sadələşdirilməsi proseduru “Azərişıq” ASC tərəfindən davam etdirilir 13 Yanvar 2026