Bayram və qeyri-iş günlərində enerji istehlakçılarının, habelə bayram tədbirlərinin keçirildiyi yerlərin fasiləsiz elektrik enerjisi ilə təchiz olunması məqsədilə Bakı şəhərində və regionlarda təşkilatı və texniki tədbirlər görülərək, 2018-ci il mart ayının 20-dən 27-dək “Azərişıq” ASC-nin Mərkəzi Aparatı və RETSİ-lər üzrə məsul vəzifəli şəxslərdən ibarət növbətçilik təşkil edilib.
Bayram günlərində enerji istehlakçılarının, bayram tədbirlərinin keçiriləcəyi yerlərin fasiləsiz elektrik enerjisi ilə təchiz olunmasını, habelə baş verə biləcək hər hansı qəza hadisəsinin qarşısının alınması üçün zəruri tədbirlər görülüb, elektrik şəbəkəsinin normal rejiminin təmin olunması məqsədilə RETSİ-lər üzrə təşkil edilmiş növbətçilik üzərində nəzarət gücləndiriləcək.
Bayram tədbirlərinin keçirildiyi günlərdə Texniki Direktorluğa tabe olan xidmət sahələrində və Avtonəqliyyat İdarəsində növbətçilik təşkil edilərək zəruri olan mal-materialların ehtiyatı yaradılacaq.
Baş vermiş qəzaların nəticələrinin aradan qaldırılması halları istisna olmaqla, bayram günlərində tədbirlərin keçirildiyi yerlərdə aparılması planlaşdırılan yenidənqurma və əsaslı təmir-tikinti işləri müvəqqəti olaraq dayandırılacaq.
Digər xəbərlər
- “Azərişiq” ASC Füzulidə sahibkarlarla görüş keçirib 24 Sentyabr 2024
- Ekoloji təmiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması “Azərişıq” ASC–nin prioritet istiqamətlərindən biridir. 09 Sentyabr 2024
- Müştəri məmnuniyyəti üçün xidmətlər təkmilləşdirilir. 28 Mart 2024
- Debitor borcların yığılması istiqamətində maarifləndirici tədbirlər 10 İyun 2024
- Enerji təchizatı şəbəkələrinə qoşulma ilə bağlı yeni qaydalar 11 İyun 2024