“Azərişıq” ASC ölkənin bütün regionlarında yenidənqurma işlərini davam etdirir.
Tovuz rayonunun Qaradaş və Səfərli kəndlərinin elektrik şəbəkəsi yenidən qurulur.
Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən, “Azərişıq” ASC tərəfindən həyata keçirilən investisiya layihəsi çərçivəsində Tovuzun ucqar dağ kəndləri olan Qaradaş və Səfərli kəndlərinin elektrik şəbəkəsi yenidən qurulur.
Yenidənqurma işləri çərçivəsində 83 abonenti olan Qaradaş kəndində 5 ədəd komplekt transformator məntəqəsi quraşdırılacaq. 13 km-a yaxın 10 kV-luq, 11 km-dan çox 0,4 kV-luq elektrik xətti yenilənəcək.
Tovuzun Səfərli kəndində də yenilənmə işlər davam etdirilir. 95 abonenti olan kənd ərazisində 4 ədəd komplekt transformator məntəqəsi quraşdırılacaq. 17 km-dan çox 10 kV-luq, 14 km-dan artıq 0,4 kV-luq elektrik xətti dəyişdiriləcək. Hər iki kənddə elektrik sayğacları yenisi ilə əvəz olunacaq.
Qaradaş və Səfərli kəndləri ilə yanaşı, rayonun Qandallar və Papaqçılar kəndlərində də işlər aparılır. 4 kənddə yenidənqurma yekunlaşdıqdan sonra ümumilikdə 359 abonent keyfiyyətli, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin ediləcək.
Xatırladaq ki, investisiya layihəsi bütün regionlarda 100-dən çox kəndi əhatə edir. İşlərin davam etdiyi və yekunlaşdığı digər kəndlər barədə də silsilə məlumatlar təqdim edəcəyik.
Digər xəbərlər
- “Azərişıq” ASC-nin təşkil etdiyi ümumrespublika Peşə Ustalığı Yarışlarının Qarabağ regionu üzrə finalçısı müəyyənləşib 23 Sentyabr 2025
- Lənkəranda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq 22 İyul 2025
- Qəbələdə təmir-bərpa işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq 04 Oktyabr 2025
- Daha bir komanda “Azərişıq” ASC-nin təşkil etdiyi ümumrespublika Peşə Ustalığı Yarışlarının final turunda iştirak edəcək 29 Sentyabr 2025
- “Azərişıq” ASC Ağstafa, Samux və Şəmkirdə yenidənqurma işlərini davam etdirir 13 May 2025