110 kilovoltluq “I Binəqədi hava elektrik verilişi xətti”ndə aparılan yenidənqurma işləri ilə əlaqədar avqustun 7-də saat 10:00-dan 15:30-dək Abşeron rayonu AAAF Yaşayış massivi və Masazır qəsəbəsinin bəzi ərazilərində elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq.
“Azərişıq” ASC-dən bildirilib ki, həmçinin Pirşağı-Sumqayıt dəmir yolunun 35-ci kilometrində Fatmayı yeraltı avtomobili yol keçidinin tikintisi ilə əlaqədar 110/35/6 kilovoltluq “136 saylı yarımstansiya”dan çıxan, Bağlar Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) balansında olan 6 kilovoltluq hava xətti də şəbəkədən açılacaq və Fatmayı bağlarının bəzi ərazilərində avqustun 7-də saat 11:00-dan 16:00-dək elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq.
Yaranacaq narahatçılığa görə “Azərişıq” ASC istehlakçılarından üzr istəyir.
Digər xəbərlər
- Bakı və Lənkəranın bu ərazilərində fasilə yaranacaq 15 May 2026
- “Azərişıq” ASC leysan xarakterli yağışların yaratdığı fəsadları aradan qaldırmaq üçün 24 saatlıq gücləndirilmiş iş rejimində çalışır 03 Aprel 2026
- Bakı və Salyanın bu ərazilərində fasilə yaranacaq 10 İyun 2026
- Suraxanı rayonunun bu ərazilərində fasilə yaranacaq 17 Mart 2026
- Mingəçevirin bu ərazilərində fasilə yaranacaq 22 Aprel 2026