“Azərişıq” ASC ölkənin bütün regionlarında yenidənqurma işlərini davam etdirir.

Şəkinin Aşağı Göynük və Aşağı Daşağıl kəndlərinin elektrik şəbəkəsi yenidən qurulub.

Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən, “Azərişıq” ASC tərəfindən həyata keçirilən investisiya layihəsi çərçivəsində Şəkinin Aşağı Göynük və Aşağı Daşağıl kəndlərinin elektrik şəbəkəsi yenidən qurulub.

Yenidənqurma nəticəsində 363 abonenti olan Aşağı Göynük kəndində 14 ədəd Komplekt Transformator Məntəqəsi quraşdırılıb. 33 km-a yaxın 10 kV-luq, 28 km-dan çox 0,4 kV-luq elektrik xətti yenilənib.

Şəkinin Aşağı Daşağıl kəndində də yenilənmə işləri yekunlaşdırılıb. 142 abonenti olan kənd ərazisində 4 ədəd  Komplekt Transformator Məntəqəsi quraşdırılıb. 11 km-dan çox 10 kV-luq, 9 km-dan artıq 0,4 kV-luq elektrik xətti dəyişdirilib.

Hər iki kənddə elektrik sayğacları yenisi ilə əvəz olunub.

Şəkinin Aşağı Göynük və Aşağı Daşağıl kəndləri ilə yanaşı, rayonun Baş Zəyzid və Şirinbulaq kəndlərində də yenidəqurma işləri başa çatıb. Ümumilikdə 1800-ə yaxın abonent keyfiyyətli, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin edilib.

Xatırladaq ki, investisiya layihəsi bütün regionlarda 100-dən çox kəndi əhatə edir. İşlərin davam etdiyi və yekunlaşdığı digər kəndlər barədə də silsilə məlumatlar təqdim edəcəyik.



Digər xəbərlər