
May ayında bir sıra sahibkarlıq subyektlərinin nümayəndələri ilə elektrik şəbəkələrinə daha rahat və səmərəli şəkildə elektron qoşulmasının təmin edilməsinə yönəlmiş görüş keçirilmişdir. Tədbir biznes mühitinin yaxşılaşdırılması və iqtisadi inkişafın stimullaşdırılması məsələsinə həsr olunub.Görüş zamanı elektrik şəbəkələrinə qoşulma üçün elektron müraciət sisteminin tətbiqi ilə bağlı cari məsələlər müzakirə olundu. İştirakçılar ilə sistemin tətbiqinin cari vəziyyəti müzakirə edildi, irəliləyişləri və maneələri müəyyən edərək, gələcək üçün planlar müzakirə olundu.
Müşavirənin əsas nəticələrindən biri ərizə və sənədlərin verilməsində elektron formata keçidin vacibliyi bir daha təsdiq olundu. İştirakçılar yekdil rəy bildirdilər ki, bu nəinki prosesi sürətləndirir, həm də sahibkarlar üçün daha şəffaf və rahat şərait yaradır.
Görüş çərçivəsində elektrik şəbəkəsinə qoşulma üzrə qanunvericilikdə aparılan islahat nəticəsində “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının 858-VIQ nömrəli Qanununda və digər aidiyyəti normativ hüquqi aktlarda mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması həddinin 150 kVt-dan 200 kVt-a artırılması da müzakirə olundu. Dəyişiklikdən sonra Sahibkarın (abonentin) müraciəti ASAN Xidmət mərkəzlərində qəbul olunması, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 noyabr tarixli 399 nömrəli Qərarına əsasən 20 gün ərzində icra edilməsi və qoşulma haqqına görə ödənişin Azərbaycan Respublikasinin Tarif Şurasının 3 may 2024-cü il tarixli 4 №-li Qərarına əsasən müəyyən olunması görüş iştirakçılarına izah olundu.
Görüş zamanı müxtəlif sahibkarlıq sektorlarının nümayəndələri bir araya gətirildi ki, bu da elektrik şəbəkələrinə elektron qoşulma sisteminin mövcud vəziyyəti və inkişaf perspektivləri haqqında ən dolğun məlumat əldə etməyə imkan verdi. Əminliklə bildirmək olar ki, bu növ görüşlərin keçirilməsi biznes mühitini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq və iqtisadi inkişafa təkan verəcəkdir.
Digər xəbərlər
- Elektrik enerji təchizatı şəbəkəsinə qoşulma prosesinin sadələşdirilməsi davam etdirilir. 11 Yanvar 2025
- Lənkəranda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq 21 Yanvar 2025
- Masallıda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq 05 Fevral 2025
- “Azərişıq” ASC elektrik enerjisi itkilərinin azaldılmasını daim diqqət mərkəzində saxlayır 27 Yanvar 2025
- “Azərişıq” ASC yaranmış debitor borcların yığılması ilə bağlı istehlakçıların maarifləndirilməsi tədbirlərini 2025-ci ildə də davam etdirəcəkdir 10 Yanvar 2025