Cəmiyyət abonentlərin maarifləndirilməsi , onların məlumatlılıq səviyyəsinin artırılması istiqamətində işlərini davam etdirir.Müxtəlif sosial şəbəkələrdə olan səhifələr , rəsmi internet səhifəsi (https://www.azerishiq.az/) eləcə də KİV və media vasitəsilə paylaşılan məlumatlar abonentlərə Cəmiyyətin işindəki yeniliklərlə tanış olma]a imkan yaradır.Sahibkarlıq subyektləri arasında məlumatlılıq səviyyəsinin yüksəldilməsi məqsədi ilə yanvar ayı ərzində sahibkarların elektron poçt məlumat bazası üzərindən elektrik təchizatı şəbəkəsinə qoşulma ilə bağlı məlumatların, yeniliklərin, planlaşdırılan görüşlər və digər aidiyyəti mövzular barədə paylaşımlar edilmişdir. Ünvanlanan məlumatda Qanunvericilikdə aparılan ən son dəyişikliklər, elektrik təchizatı şəbəkəsinə qoşulma ilə bağlı tez-tez verilən sualları və onların cavablarını özündə əks etdirən buklet barədə məlumatlar verilmişdir.
Yanvar ayında Masallı və Sumqayıt şəhərlərində qırxdan çox sahibkarın iştirakı ilə görüşlər keçirilmiş, elektron xidmətlər barədə sahibkarlarla maarifləndici söhbətlər aparılmış, abonentlərin ofis və evlərindən çıxmadan onlayn qaydada quruma müraciət etmə imkanları ətraflı izah olunmuşdur. Turuzim və sənaye sahəsində çalışan insanların müxtəlif məsələlərlə bağlı sualları dinlənilib, qaldırdıqları bəzi problemlər yerindəcə həll edilmişdir.
ASAN Xidmət və ASAN Kommunal mərkəzlərində ASAN könüllülər tərəfindən yeni müraciət edən sahibkarlara flayerlər paylanılmış və xidmətin üstünlükləri barədə məlumat verilmişdir.
Paralel olaraq “Elektrik təchizatı şəbəkəsinə qoşulma üzrə Kommunikasiya Strategiyası (2022-2025-ci illər)” üzrə nəzərdə tutulmuş tədbirlərin icrası istiqamətində zəruri işlərin görülməsi davam etdirilir.
Digər xəbərlər
- Azərbaycanda Elektrik Təchizatı Sahəsində Aparılan İslahatların Təsiri və Əhəmiyyəti 26 Noyabr 2024
- “Azərişıq” ASC öz fəaliyyətində prioritetlərdən sayılan elektron xidmətlərin sayını artırır. 30 Yanvar 2024
- Abonentin borcun araşdırılması və borcun olmaması (və ya olması) barədə müraciət qaydaları. 06 İyun 2024
- Elektrik enerjisinin təchizatı ilə bağlı müraciətlərin qəbulu, onlara baxılması və bu sahədə istehlakçıların hüquqlarının qorunmasına dair daxili qaydalar 25 İyul 2024
- Sahibkarların elektrik təchizatı şəbəkəsinə elektron şəkildə daha rahat qoşulması üçün tədbirlər həyata keçirilir. 12 Fevral 2024