İyunun 20-də Nəsimi Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində 35/6 kV-luq 96 saylı yarımstansiyada 6 kV-luq bölmələrdə təmir işləri aparılacaq. Bununla əlaqədar saat 00:30-dan 02:30-dək Nəsimi rayonu Mirəli Qaşqay, Feyzulla Qasımzadə, Abbasqulu ağa Bakıxanov, Ənvər Qasımzadə, Hənifə Ələsgərov, Qulu Quliyev, Abbas Səhhət, Hüseyqulu Sarabski, Süleyman Rüstəm küçələri, Vaqif prospekti, həmçinin Nərimanov RETSİ ərazisinə daxil olan Ceyhun Hacıbəyli, Həsən Əliyev, Məmməd Araz küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Digər xəbərlər
- Suraxanı rayonunun bu ərazilərində fasilə yaranacaq 23 Aprel 2026
- Biləsuvarın bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq 15 Aprel 2026
- “Azərişıq” ASC əməyin mühafizəsinə dair maarifləndirici tədbir keçirib 28 Fevral 2026
- Bu ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq 13 Yanvar 2026
- Biləsuvarın bu ərazilərində fasilə yaranacaq 07 Fevral 2026