“Azərişıq” ASC ölkənin bütün regionlarında yenidənqurma işlərini davam etdirir.
Masallı rayonunun Eminli və Ərəb kəndlərinin elektrik şəbəkəsi yenidən qurulur.
Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən, “Azərişıq” ASC tərəfindən həyata keçirilən investisiya layihəsi çərçivəsində Masallının Eminli və Ərəb kəndlərinin elektrik şəbəkəsi yenidən qurulur.
Yenidənqurma işləri çərçivəsində 171 abonenti olan Eminli kəndində 5 ədəd komplekt transformator məntəqəsi quraşdırılacaq. 12 km-a yaxın 10 kV-luq, 11 km-dan çox 0,4 kV-luq elektrik xətti yenilənəcək.
Masallının Ərəb kəndində də yenilənmə işlər davam etdirilir. 156 abonenti olan kənd ərazisində 2 ədəd komplekt transformator məntəqəsi quraşdırılacaq. 7 km-a yaxın 10 kV-luq, 10 km-dan çox 0,4 kV-luq elektrik xətti dəyişdiriləcək.
Hər iki kənddə elektrik sayğacları yenisi ilə əvəz olunacaq.
Masallı rayonunun Eminli və Ərəb kəndləri ilə yanaşı, rayonun Xırmandalı və Mollaoba kəndlərində də yenidəqurma işləri davam edir. İşlər yekunlaşdıqdan sonra ümumilikdə 2000-ə yaxın abonent keyfiyyətli, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin ediləcək.
Xatırladaq ki, investisiya layihəsi bütün regionlarda 100-dən çox kəndi əhatə edir. İşlərin davam etdiyi və yekunlaşdığı digər kəndlər barədə də silsilə məlumatlar təqdim edəcəyik.
Digər xəbərlər
- “Azərişıq” ASC əməyin mühafizəsinə dair maarifləndirici tədbir keçirib 28 Fevral 2026
- Şimal-Qərb regionu üzrə bu ərazilərdə fasilə yaranacaq 13 Yanvar 2026
- Mingəçevirin bir sıra ərazilərində fasilə yaranacaq 12 Mart 2026
- Biləsuvarın bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq 15 Aprel 2026
- Nizami və Nəsimi rayonlarının bu ərazilərində fasilə yaranacaq 24 May 2026