Bir çox hallarda enerjitəhcizatı müəssisəsi tərəfindən istehlakçılara verilən elektrik enerjisinin dayandırılması məlumatlılıq səviyyəsinin aşağı olması səbəbindən mübahisələrə yol açır və bu kimi halların qarşısının alınması məqsədilə maarifləndərmə işinin daha geniş şəkildə aparılmasına ehtiyac yaranır. Enerjitəhcizatı sahəsində maarifləndimə işinin aparılması “Azərişıq” ASC tərəfindən daim diqqət mərkəzində saxlanılır və vaxtaşırı olaraq bu media və sosial şəbəkələrdə məlumatların verilməsi təmin edilir.
İstehlakçıların nəzərinə çatdırırıq ki, elektrik enerjisinin verilməsi enerjitəchizatı müəssisəsi tərəfindən aşağıdakı hallarda dayandırıla bilər:
- İstehlakçının müvafiq yazılı müraciəti (elektrik enerjisinin verilməsinin dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda;
- enerjitəchizatı müəssisəsinin istehlakçıya verdiyi elektrik enerjisinin sayğacla müəyyənləşən hesabı istehlakçıya enerjitəchizatı müəssisəsi tərəfindən təqdim edildikdən (göndərildikdən) qanunvericiliklə müəyyən olunmuş müddətdə tam məbləğdə ödənilmədikdə;
- təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda;
- enerjitəchizatı müəssisəsi ilə müvafiq müqavilə bağlanmadıqda;
- məhkəmənin qərarı ilə;
- dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparıldıqda, həmin əməliyyatın aparılma zonasında, dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan orqanın göstərişi əsasında.
Digər xəbərlər
- Biləcəri ETSİ-nə daxil olan bu ərazilərdə fasilə yaranacaq 02 Mart 2026
- Xəzər rayonunun bu ərazilərində fasilə yaranacaq 13 Fevral 2026
- Buzovnanın bu ərazilərində fasilə yaranacaq 03 Fevral 2026
- Biləsuvar, Lənkəran və Yardımlının bu ərazilərində fasilə yaranacaq 09 Aprel 2026
- Abşeronun bu ərazilərində fasilə olacaq 08 Yanvar 2026